Musiqi və TV prodüseri, realiti şou ulduzu David Gestin ölü tapılıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı TV ulduzunun cansız bədəni qaldığı otelin işçiləri tərəfindən aşkarlanıb.
Gestin ölüm səbəbini aydınlaşdırmaq üçün cəsəd ekspertizaya göndərilib.
Qeyd edək ki, David Gest aktrisa Liza Minelli ilə 2012-ci ildə evlənmiş, bir il sonra boşanmışdı.
O, “Celebrity Big Brother” yarışmasındakı qalmaqalları və plastik əməliyyatları ilə daha çox tanınırdı.









