RU
“Twitter” Azərbaycana qarşı istifadə olunan Ermənistanla əlaqəli 35 hesabı blokladı
23:07
153

“Twitter” Azərbaycana qarşı istifadə olunan Ermənistanla əlaqəli 35 hesabı blokladı

"Twitter” sosial şəbəkəsi İran, Ermənistan və Rusiya ilə əlaqəli olduğu bildirilən yüzlərlə hesabı bağlayıb.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, qurum bu hesabların şirkətin manipulyasiya siyasətini pozduğunu əsas gətirərək birdəfəlik bloklayıb.

Ümumilikdə, 373 hesab qapadılıb ki, bunlardan 238-i İranda, 100-ü Rusiyada fəaliyyət göstərir.

 

Bağlanan Rusiya mənşəli hesabların ABŞ və Avropa İttifaqını hədəf aldığı və NATO-ya olan inamı sarsıdacaq paylaşımlar etdiyi qeyd olunub.

Azərbaycanı hədəf almaq üçün açılan digər 35 hesabın Ermənistan mənşəli olduğu və onların da bloklandığı bildirilib.

 

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ