RU
14:02
1387

"Twitter"də işarə limiti ləğv olunmur

"Twitter" mikrobloqlar servisində "bir məlumatda 140 işarə" məhdudiyyəti qüvvədə qalacaq.

Bu barədə "Twitter"in icraçı direktoru Cek Dorsi bildirib.

C.Dorsi bu bəyanatla vaxtaşırı KİV-də "tvit"dəki işarə limitinin ləğv olunacağına dair məlumatları təkzib edib: "Məhdudiyyət qalacaq. Bu bizim üçün yaxşı məhdudlaşdırıcıdır və lakonik olmağa imkan yaradır".

Qeyd edək ki, "bir məlumatda 140 işarə" məhdudiyyəti "Twitter"in 2006-cı ildə yarandığı gündən qüvvədədir.

Eyni zamanda C.Dorsi etiraf edib ki, işarə limitinin aradan qaldırılması mikrobloqa yeni auditoriyanı cəlb etmək üçün yaxşı vasitədir./trend.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ