7NEWS.az xəbər verir ki, Elon Musk, Twitter-in X olaraq rebrendinqindən sonra köhnə şirkətin əşyalarını hərraca çıxardı. San-Fransiskodakı baş qərargahında yerləşən 584 ədəd qəhvə masaları, böyük ölçülü quş qəfəsləri və viral olan şəkillərdən ibarət yağlıboya rəsmlərdən ibarətdir. Həmçinin qeyd olunub ki, onlarla stol və stul, DJ-lər üçün kabinə və bir qrupu təchiz etmək üçün kifayət qədər musiqi alətləri də siyahıda var. ABŞ prezidenti Barak Obamanın 2012-ci ilin noyabrında yenidən seçilərkən yazdığı tvit şəkli satılacaqlar arasındadır. Məşhur quş loqosunun heykəli ən yüksək təkliflə 100 min dollara satılıb.
7NEW.az








