"Twitter”in keçmiş baş direktoru Cek Dorsi tərəfindən qurulan texnologiya şirkəti İlon Maskın "Twitter”i 44 milyard dollara satın almasından sonra yeni sosial şəbəkə istifadəyə verdiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, "Twitter”in keçmiş CEO-su Cek Dorsi tərəfindən qurulan "Bluesky” texnologiya firması, İlon Maskın "Twitter”i alması ilə yeni sosial şəbəkə yaratdığını açıqladı. Açıqlamada deyilir ki, mərkəzləşdirilməmiş sosial media yaratmaq üçün nəzərdə tutulmuş ictimai maraq şirkəti olan Bluesky bu ayın əvvəlində istifadəçilər üçün açıq olan test tətbiqini buraxacaq.
7NEWS.az








