Ucarda yanğın hadisəsi qeydə alınıb.
Yanğın rayonun Bərgüşad kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub./atv
7news.az








