Ucar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.
Bu barədə Oxu.Az-a Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib.
O bildirib ki, hadisə nəticəsində mərkəzi xəstəxanaya üç nəfər yaralı gətirilib:
"Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmirqızı, 1976-cı il təvəllüdlü Fətəliyev Füzuli Kəmaləddin oğlu xəstəxananın cərrahi şöbəsinə yerləşdiriliblər.
Xəstələrə müvafiq olaraq sağ yanağın və sağ budun əziyi, burunun və sağ baldırın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin küt travması və sol yanağın əziyi diaqnozu qoyulub. Onların vəziyyəti stabildir”.
10:37
Ucar rayonunun Müsüslü kəndində "KamAZ” markalı yük avtomobili və "Opel” markalı minik avtomobili toqquşub.
Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qəza nəticəsində minik avtomobilinin sərnişini hadisə yerində ölüb, daha bir nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








