RU
Ucarda maskalı şəxslər qadının evinə basqın edib
11:10
74

Ucarda maskalı şəxslər qadının evinə basqın edib

Ucar rayonunda maskalı şəxslər qadının evinə basqın edib.

Rayon sakini Nurayya Həsənova fevralın 4-də evinə basqın olması barədə polisə ərizə ilə müraciət edib.

O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ