RU
Ucarda “Toyota Prado” aşdı - 3 yaralı + Foto
21:24
467

Ucarda “Toyota Prado” aşdı - 3 yaralı + Foto

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

"90 CC 120” dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./apa

7news.Az

Ucarda

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ