RU
Ucarda yol-nəqliyyat hadisəsi baş verib: Körpə və daha dörd nəfər xəsarət alıb
11:20
245

Ucarda yol-nəqliyyat hadisəsi baş verib: Körpə və daha dörd nəfər xəsarət alıb

Gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı minik maşını ilə "Opel” markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb.

 

İkisi azyaşlı olmaqla beş nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2021-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel” markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-ın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ