RU
UEFA bu dəfə
00:26
509

UEFA bu dəfə "Barselona"nı cəzalandırmadı

UEFA katalon azarkeşlərin Çempionlar Liqasında "Barselona" və BATE arasında keçiriləcək oyunda 30 min "Estelada" bayrağından istifadə etmək istəyinə görə kluba cəza kəsməyib.

7news.az goal.az-a istinadən xəbər verir ki, qurum İdman Arbitraj Məhkəməsinini (CAS) qərarını gözləyəcək.

Qeyd edək ki, katalonlar 1917-ci ildən "Camp Nou"da əyalətin müstəqillik mübarizəsini əks etdirən bayraq asırlar. Bu ənənə uzun müddət davam etsə də, "Barsa" yalnız ötən mövsüm 30 min avro cərimələnmişdi. Həmin vaxt, Berlində "Yuventus"la baş tutmuş ÇL finalında UEFA inspektoru olan Anna Budiqova siyasi atributların stadiona buraxılmamasına diqqət çəkmişdi. Analoji hadisəyə görə "Barselona" "Bayer"lə oyundan sonra (2:1) 40 min avro cərimələnmişdi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ