RU
UEFA Millətlər Liqasında
12:20
842

UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilir

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

7News.Az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı rumıniyalı referi İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ