RU
UEFA-nın yeni prezidenti müəyyənləşdi
14:23
418

UEFA-nın yeni prezidenti müəyyənləşdi

Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib.

7News.Az-ın xəbərinə görə, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilir.

Qərar bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə qəbul edilib.

Çeferin 55 mümkün səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb.

Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ