DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Norveç yığmasını qəbul edəcək.
Qarşılaşmadan bir gün əvvəl matçın baş tutacağı Bakı Olimpiya Stadionunda seçməmiz oyunöncəsi son məşqinə çıxır.
Ancaq UEFA nümayəndəsi millimizin üzvlərini BOS-un əsas meydançasına buraxmayıb. Buna səbəb kimi, o, ot örtüyünün korlanma ehtimalını göstərib.
Bu səbəbdən yığmamız köməkçi meydançada məşq etməyə məcbur olub./qafqazinfo
7news.Az








