RU
UEFA prezidenti kim olacaq? - Platini getdiyini rəsmən açıqladı
12:25
383

UEFA prezidenti kim olacaq? - Platini getdiyini rəsmən açıqladı

Bu gün UEFA-nın yeni prezidentinin adına aydınılıq gələcək.

7News.Az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə iki nəfər prezident olmaq üçün namizədliyini irəli sürüb.

Bunlar Sloveniya Futbol Federasiyasının prezidenti Aleksand Çeferin və onun Hollandiyadan olan həmkarı Mixael van Praaqdı.

Maraq üçün bildirək ki, AFFA Aleksandr Çeferini dəstəklədiyini bir müddət əvvəl rəsmi şəkildə bəyan edib.

UEFA-nın əvvəlki prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün vəzifəsindən kənarlaşdırılıb. O, Yunanıstandakı konqresdə də çıxış edərək son dəfə qitə futbol qurumunun rəhbəri kimi açıqlama verdiyini bildirib: "Bu mənim UEFA prezidenti kimi sonuncu çıxışımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ