RU
UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək
16:00
144

UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin yenidən seçiləcək.

Bu barədə jurnalist Martin Ziqler məlumat yayıb.

Çeferin qərarını təşkilatın Frankfurtda keçirilən konqresində rəsmən açıqlayıb.

"UEFA prezidenti Aleksander Çeferin fürsətdən istifadə edərək, növbəti seçkilərə dəstək məktublarına görə bütün 55 assosiasiyaya şəxsən təşəkkür edib”, - təşkilatın xəbərində deyilir.

Xatırladaq ki, 54 yaşlı funksioner bu postu 2016-cı ildən tuturdu. UEFA prezidenti seçkiləri 2023-cü ildə keçiriləcək./report

 

7NEWS.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ