“Avro-2016”nın qrup mərhələsində III turun oyunları davam edir.
7News.az-ın məlumatına görə, bu gün B qrupunda daha iki qarşılaşma keçirilib.
Rusiya millisi Uelslə qarşılaşıb. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı idi. Lakin rəqibinə 0:3 hesabı ilə uduzan Rusiya yığması qrupda qalıb. Uels millisi isə bu görüşdə qazandığı qələbə ilə xalını 6-ya yüksəldib və qrupu lider başa vurub.
Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Bu matçda qapılara qol vurulmayıb. Bu heç-heçə İngiltərəyə qrupdan çıxmaq şansı verib. İngilislər Uelsin ardından qrup ikincisi kimi 1/8 finala adlayıb. İngiltərə və Uelslə yanaşı qrup mərhələsini 4 xalla başa vuran Slovakiya yığması da 1/8 finala yüksəlib.
20 iyun
B qrupu
23:00. Rusiya - Uels - 0:3
Qollar: Aaron Remzi, 11, Neil Taylor, 20, Qaret Beyl, 67 (0:3)
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Tuluza, şəhər stadionu
23:00. Slovakiya - İngiltərə - 0:0
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes, Xesus Gil Manzano
Əlavə köməkçi-hakim: Karlos del Serro Qrande (hamısı İspaniya)
Sent-Etyen, "Joffrua Giş"
|
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Uels |
3 |
2 |
0 |
1 |
6-3 |
6 |
|
2 |
İngiltərə |
3 |
1 |
2 |
0 |
3-2 |
5 |
|
3 |
Slovakiya |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
|
4 |
Rusiya |
3 |
0 |
1 |
2 |
2-6 |
1 |








