RU
Uitni Hyustonu məşhur edən
15:50
300

Uitni Hyustonu məşhur edən "I Will Always Love You" trekini əslində bu müğənni oxuyacaqdı

Amerikalı müğənni Uitni Hyustonun ən məşhur hitlərindən olan və "Cangüdən" ("The Bodyguard" -1992) filminin "soundtrack"inə çevrilən "I Will Always Love You" mahnısını ifa etmək ilk öncə müğənni Patti Labelə təklif olunub.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "E! News" nəşri yazır.

"Dolli Parton ( "I Will Always Love You"-nu yazan müğənni) "Cangüdən" filminin çəkilişindən öncə mənə bu mahnını ifa etməyi təklif etmişdi. Mən ona bu mahnını oxumağı çox istədiyimi bildirdim", - deyə Label danışıb.

Lakin müğənninin planı baş tutmayıb və Patti təklifi rəsmi olaraq qəbul etmədən öncə mahnı filmin "soundtrack"inə daxil edilib.

Beləliklə, 1992-ci ildə çəkilən filmdə əsas rolu ifa edən Uitni Hyuston bu hit ilə məşhurlaşıb.

Label hazırda arzusunu həyata keçirmək niyyətindədir və öz şousunda "I Will Always Love You"-nu oxuyacağına söz verib.



Qeyd edək ki, 1994-cü ildə bu mahnıya görə Uitni Hyuston "İlin ən yaxşı səs yazısı" və "Ən yaxşı qadın pop-vokalı" kateqoriyasında "Grammy" mükafatına layiq görülüb.

Müğənni 2012-ci ilin fevralında vəfat edib.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ