RU
Ukrayna Aİ-yə üzvlük ərizəsinin yekun hissəsini təqdim edəcək
20:40
539

Ukrayna Aİ-yə üzvlük ərizəsinin yekun hissəsini təqdim edəcək

Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsinin cavablarını təşkilata təqdim edəcək.

7NEWS.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dialoq zamanı Ukrayna dəniz limanlarının blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinə də toxunmaq mümkün olub.

Əvvəllər xəbər verildiyi kimi, Ukrayna Aİ-yə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsini artıq hazırlayıb. Hazırlanmış sənəd Avropa Komissiyasına təqdim olunacaq.

Xatırladaq ki, Ukrayna üzvlük ərizəsinin birinci hissəsini aprelin ortalarında Avropa Komissiyasına göndərmişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ