RU
Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
19:40
203

Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır

"Ukrayna Silahlı Qüvvələri yenicə azad edilən İlan adasına qoşun yerləşdirməyə hazırlaşır”.

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.

"Düşmən adanı tərk etdi. Biz onları buna məcbur etdik. İndi bizim hərbçilərimiz adada deyil, amma olacaqlar”, - o bildirib.

A.Qromov vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin planları bu ada üzərində birbaşa fiziki nəzarət yaratmaqdır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ