RU
Ukrayna baş nazirinin müavini: “Əsir mübadiləsi çərçivəsində 45 ukraynalı azad edilib”
21:10
95

Ukrayna baş nazirinin müavini: “Əsir mübadiləsi çərçivəsində 45 ukraynalı azad edilib”

Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi aparılıb.

7NEWS.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.

"Növbəti əsir mübadiləsi baş tutub. Bu gün 45 nəfər Rusiya əsirliyindən azad edilib. Onların 13-ü zabit, 20-si əsgərdir (onlardan 5-i yaralıdır). Həmçinin 12 mülki vətəndaşımızı qaytarırıq”, - İ.Vereşuk teleqram kanalında yazıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ