RU
Ukrayna Baş Qərargahı:
11:00
40

Ukrayna Baş Qərargahı: "Rusiyada gizli səfərbərlik davam edir”

"Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunurlar”.

Bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, sağlamlığından asılı olmayaraq bütün kişilər səfərbərliyə cəlb olunurlar: "Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər”.

Məlumata görə, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin bəzi hissələrində internet kəsilib: "Buna səbəb Rusiya qüvvələrinin fəaliyyətləri barədə məlumatın yayılmasının qarşısının alınmasıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildömüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ