RU
Ukrayna Baş Qərargahı:
11:30
200

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 55 hücum təşkil edib"

"Son sutkada Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 55 hücum təşkil edib. Bu hücumlar "Şahed-136” tipli PUA-lar və raketlər vasitəsilə həyata keçirilib”.

Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında yer alıb.

Bildirilib ki, Volın və Poliske istiqamətlərində vəziyyət ciddi dəyişməyib:

"Qarşı tərəf Siverski, Slobojansk, Kupyansk, Baxmut, Zaporojye və Xerson istiqamətində müxtəlif yaşayış məntəqələrini atəşə tutub. Ukrayna aviasiyası ötən gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib”.

Məlumata görə, Ukrayna müdafiə qüvvələri düşmənin 2 silah-sursat anbarını və bir neçə nəzarət postunu vurublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ