RU
Ukrayna BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək
17:10
266

Ukrayna BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək

2017-ci ilin fevralın 1-də Ukrayna Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrliyini İsveçdən qəbul edib. 

Bu barədə Təhlükəsizlik Şurasının saytında məlumat yayılıb. 

Yaxın günlərdə Təhlükəsizlik Şurasının iş proqramı təsdiqlənəcək. BMT-nin TŞ-də sədr kürsüsünü Ukraynanın təşkilatdakı səfiri Vladimir Yleçenko tutacaq. 

Mart ayında BMT-nin TŞ-də sədrlik Böyük Britaniyaya keçəcək. 
 
Qeyd edək ki, Ukrayna BMT-nin Təhlükəsizlik Şurasının on daimi olmayan üzvündən biridir. 

Bu ərəfədə BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin kəskinləşməsinə dair narahatçılığını bildirərək atəşkəs rejimini dərhal bərpa etməyə çağırıb. 

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının açıq iclası Ukraynada fevralın 2-də qeyd ediləcək./oxu.az

 

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ