RU
Ukrayna BMT TŞ üzvlərinin məsləhətləşmə keçirməsini istəyib
23:50
1391

Ukrayna BMT TŞ üzvlərinin məsləhətləşmə keçirməsini istəyib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT TŞ-yə üzv dövlətlərə məsləhətləşmə keçirmək tələbi ilə müraciət edib.

7NEWS.Az-ın xəbərinə görə, diplomat bu tələbi prezident Volodimir Zelenskinin tapşırığı əsasında irəli sürüb.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı əsasında, Budapeşt memorandumunun 6-cı maddəsini rəhbər tutaraq gərginliyin azaldılması və Ukraynanın təhlükəsizliyinin təmin olunmasında praktik addımlar atılması üçün BMT TŞ-yə üzv dövlətlərə məsləhətləşmə keçirmək tələbi ilə müraciət etdim” – deyə diplomat Telegram kanalında bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ