RU
Ukrayna DİN: Artıq həlak olanların sayı yüzlərlədir, Rusiya minlərlə raket atıb
10:38
264

Ukrayna DİN: Artıq həlak olanların sayı yüzlərlədir, Rusiya minlərlə raket atıb

Rusiya işğalının qurbanları onlarla, hətta yüzlərlədir. 
 
7News.Az xəbər verir ki, bu bəyanatla Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko çıxış edib. Bu haqda "Qordon”un gətirdiyi sitatda deyilir.
"Artıq Ukrayna ərazisinə minlərlə raket və mərmi atılıb. Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub. Daha minlərlə olacaq”, - o Facebook-da yazıb.
Geraşşenko videomüraciətində ukraynalıları rusiyalılara müraciət etməyə və "susmamağı” tələb etməyə çağırıb.
 
Qeyd edək ki, Ukraynanın bir çox şəhərlərinin kənarında partlayış səsləri eşidilir. Prezident Vladimir Zelenski hərbi vəziyyətin tətbiqi barədə qərar verib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ