RU
Ukrayna Dövlət Təhqiqatlar Bürosu Kiyev Şəhər Şurasında axtarışlar aparır
19:03
403

Ukrayna Dövlət Təhqiqatlar Bürosu Kiyev Şəhər Şurasında axtarışlar aparır

Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DTB) müstəntiqləri Kiyev Şəhər Şurasının binasında axtarış aparırlar.

Bu barədə "RBK-Ukrayna” Kiyev Şəhər Şurasına istinadən məlumat yayıb.

"DTB-nin Ərazi İdarəsi Kiyev Şəhər Şurasının binasında axtarış aparır. Kiyevin Peçerski Rayon Məhkəməsinin hakiminin qərarı yalnız Kiyev Şəhər Hərbi Administrasiyasının məkanları və kabinetləri ilə bağlıdır. İcraat Administrasiyaya ezamiyyətə göndərilən əsgərlərlə bağlıdır. Belə ki, onların bəziləri həm də Kiyev Şəhər Şurasının deputatlarıdır”, - Kiyev Şəhər Şurasının katibi Vladimir Bondarenko durumu izah edib.

Şəhər hakimiyyəti axtarışlara və istintaq prosesinə köməklik göstərəcəklərini bildiriblər.

DTB-dən isə Kiyev Şəhər Şurasında aparılan istintaq hərəkətləri ilə bağlı hələlik rəsmi şərh verilməyib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ