Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Makarov şəhəri yaxınlığındakı Rusiya texnikası karvanını əhatəyə alıb.
Bu barədə "Ukrayna Hərbi Televiziyası" məlumat yayıb. Televiziya bununla bağlı videogörüntünü də yayıb.
Qeyd edilir ki, Ukrayna hərbçiləri fevralın 28-də yerli vaxtla saat 00:00-dan sonra Kiyev vilayətinin Makarov şəhəri yaxınlığında düşmən texnikası karvanını əhatəyə alıblar.
"Bizim oğlanlar düşmən texnikası kolonunu əhatəyə aldılar. Rusiya "Qrad"ları və tankları gecələməyə qalxdılar. Və onlar mütləq rahat yatacaqlar", - xəbərdə deyilir.








