BMT Ukrayna ilə Rusiya arasında humanitar məsələlərini müzakirə təklifini irəli sürüb.
Bu barədə BMT baş katibinin humanitar işlər və fövqəladə yardımların əlaqələndiricisi Martin Qriffit brifinqdə bildirib.
"Hər iki tərəf BMT-nin himayəçiliyilə virtual və yaxud əyani formatda görüşüb humanitar məsələləri, xüsusilə də bunun hərbi cəhətlərini, bəlkə də atəşkəsi, onun monitorinqini, təhlükəsiz dəhlizlər açmaq məsələsini müzakirə etmək üçün razılığa gələ bilərdilər” – deyə BMT rəsmisi qeyd edib.








