RU
Ukrayna Çinin “Alibaba” şirkətini “müharibə sponsoru” elan etdi
14:40
246

Ukrayna Çinin “Alibaba” şirkətini “müharibə sponsoru” elan etdi


Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentlik dünyanın bir çox ölkələrində istifadə edilən "AliExpress” ticarət platformasının sahibi Çinin "Alibaba” şirkətini Rusiyadakı fəaliyyətinə görə "müharibə sponsorları” siyahısına daxil edib. 

7NEWS.az xəbər verir ki, Ukrayna Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin məlumatına görə, "Alibaba” şirkətinin Rusiyadakı törəməsi olan Alibaba.com (RU) ötən il təxminən 160 milyon dollar gəlir əldə edib. Şirkət həmçinin "Ukraynanın işğal olunmuş ərazisindən çıxarılan misin” satışına yardım etməkdə ittiham olunur. İddialara görə, mis ərintisi Çinin Quzhou Nova şirkəti tərəfindən Donbassdakı Debaltsevo Metallurgiya Mühəndisliyi Zavodundan alınıb. Çin şirkətinin bu misdən istehsal etdiyi məhsulları "Alibaba” vasitəsilə satdığı iddia edilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ