Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi Cenevrədə keçiriləcək. Rusiya nümayəndə heyətinə ölkə prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Ukrayna münaqişəsi ilə bağlı danışıqların növbəti mərhələsi fevralın 17-18-də Cenevrədə üçtərəfli Rusiya-ABŞ-Ukrayna formatında keçiriləcək", - deyə Kreml rəsmisi bildirib.








