Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed” tipli 14 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, həmin PUA-lardan 11-i məhv edilib.
Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka Rusiya hərbçilərinin 81 hücumunun qarşısını alıb.
Baş Qərargahdan vurğulanıb ki, Rusiya ötən sutka Ukraynanın mülki obyektlərinə 5 raket və 2-si "Shahed-136” olmaqla 13 aviasiya zərbəsi endirib.
Bundan başqa, Ukrayna ordusu Rusiyanın 2 dronunu məhv edib.
Bildirilib ki, Rusiya hərbçilərinin mülki obyektlərə hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.
İnformasiyaya əsasən, Rusiya ordusunun Zaporojyedə mülki obyetklərə "S-300” zenit-raket kompleksindən atdığı raket nəticəsində bir infrastruktura ziyan dəyib.








