Ukrayna ordusunda döyüşən kolumbiyalı əsgər ruslar tərəfindən əsir götürülüb
7News.az xəbər verir ki, Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən kolumbiyalı muzdlu əsgər rus ordusu tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə rus əsgərinin "haralısan?" sualına əsgər "Kolumbiya" cavabını verir, ardınca "Rusiyaya xoş gəlmisiniz" deyir. Beynəlxalq mətbuatda geniş maraq doğuran görüntülər Ukrayna ordusunda xidmət edən əcnəbi döyüşçülərlə bağlı məsələni yenidən diqqət mərkəzinə gətirib.