RU
Ukrayna prezidenti Azərbaycan əsilli güləşçini təbrik etdi - FOTO
20:40
580

Ukrayna prezidenti Azərbaycan əsilli güləşçini təbrik etdi - FOTO

Ukraynanın prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında gümüş medal qazanan Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibovu təbrik edib.

Ukrayna prezidenti təbrik mesajında qeyd edib:

 

"Ukrayna millisinin aktivində daha bir medal. Yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında uğurlu çıxış edərək 67 kq çəki dərəcəsində gümüş medal qazandı. Səmimi təbriklər!”

Qeyd edək ki, o bu gün finalda İran güləşçisi Məhəmməd Rza Gərayiyə 1:9 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 22 yaşlı Pərviz Nəsibovun Olimpiadada ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu, yüksək göstəricidir./oxu

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ