RU
Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək
12:30
309

Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək.

7News.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski videomüraciətində bildirib.

"Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, - Zelenski deyib.

Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək.

İkinci sammitə yeni iştirakçılar - Kosta-Rika, Niderland, Cənubi Koreya və Zambiyanın nümayəndələri qatılacaq. Ümumilikdə toplantıda 20-yə yaxın ölkənin iştirakı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ