Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Milli Məclisdə olub.
7News.Az xəbər verir ki, Poroşenkonu Milli Məclisin sədri Oqtay Əsədovun özü qarşılayıb.
Əvvəlcə Ukrayna prezidenti parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib. Sonra Poroşenko parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Ukrayna prezidenti ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hüquqi bazanın mövcud olduğu, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.
.jpeg)








