RU
Ukrayna prezidenti ofisinin rəhbəri:
19:05
438

Ukrayna prezidenti ofisinin rəhbəri: "Döyüşlər bütün sərhəd boyu gedir"

"Hazırda Rusiya Federasiyası ilə bütün sərhədboyu döyüşlər gedir. Rusiya ordusu Ukraynaya hücum edir”.

Bunu Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podoliak brifinqdə bildirib.

Onun dediyinə görə, hazırda vəziyyət nəzarət altındadır.

"Şəhərlər, xüsusilə də hava limanları, hərbi infrastruktur və sairin atəşə tutulması ilə bağlı təbii fəsadlar ola biləcəyini deməliyəm. Bu fəsadların gün ərzində olacağı yəqindir" - deyə Ukrayna rəsmisi vurğulayıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ