"Ukrayna tərəfinin pilotsuz uçuş aparatları (PUA) ilə Krım yarımadasında yerləşən obyektlərə kütləvi hücum edilməsi cəhdinin qarşısı alınıb”.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, Ukraynaya məxsus 6 PUA hava hücumundan müdafiə vasitələri, daha 4 PUA isə radioelektron mübarizə vasitələri tərəfindən zərərsizləşdirilib.
Konaşenkov hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığını bildirib.








