Ukrayna Rusiya ilə sərhəddə yerləşən Luqansk rayonunda divar tikməyə başlayıb.
Bu barədə Ukrayna Dövlət Sərhədi Xidmətinin rəhbəri Viktor Nazarenko bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi uzun zamandır maliyyə probleminə görə gerçəkləşmirdi: "Xarkov rayonunda işlərin 50 faizi artıq görülüb. Luqanskda isə işlər hələ yeni başlayıb”.
Qeyd edək ki, 2016-cı ildə "Divar” adlı layihəyə 45 milyon dollar ayrılması ehtimal olunurdu, lakin son nəticədə 7,5 milyon dollar ayrılıb ki, bunun 6,6 milyon dolları artıq xərclənib./qafqazinfo
7news.Az








