RU
Ukrayna Rusiya ordusunun iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib
12:50
26

Ukrayna Rusiya ordusunun iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri mayın 30-na keçən gecə Rusiyanın Taqanroq şəhərində yerləşən hərbi aerodromuna zərbələri nəticəsində iki Tupolev Tu-142 uzaqmənzilli sualtı qayıq əleyhinə təyyarə məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram” kanalında məlumat yayıb.

Bundan əlavə, Rusiyaya məxsus "İsgəndər” operativ-taktiki raket kompleksi də vurulub.

Brovdi əlavə edib ki, əməliyyatın digər nəticələri barədə məlumat daha sonra açıqlanacaq.

Həmin gecə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində neft infrastrukturu obyektləri də dron hücumuna məruz qalıb. Krasnodar diyarındakı neft bazasına da zərbə endirildiyi bildirilir.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ