RU
Ukrayna Rusiyanı məhkəməyə verdi
14:58
270

Ukrayna Rusiyanı məhkəməyə verdi

Ukrayna Rusiyanı terror aktı törətməkdə ittiham edərək məhkəməyə verib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun təlimatı ilə Haaqada yerləşən BMT beynəlxalq məhkəməsində iddia qaldırılıb. İddiaya görə, Rusiya terrorçuluqda günahlandırılır.

Ukrayna xarici işlər nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı açıqlama verilib. Açıqlamaya əsasən, Rusiya dövləti Ukraynaya qarşı qanunsuz aqressiv davranışlar nümayiş etdirdiyi müddətdə terror aktları həyata keçirməklə ittiham edilir.

Açıqlamada deyilir: "Moskva terrorun maliyyələşdirilməsi və irqi ayrı-seçkiliklə mübarizə məsələsində qanuna zidd davranıb. Bundan başqa, Ukrayna BMT beynəlxalq məhkəməsində işə baxıldığı müddət ərzində insan haqlarının pozulmasının qarşısını almaq məqsədi ilə Rusiyaya qarşı lazım olan tədbirlərin alınmasını tələb edir"./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ