7NEWS.az xəbər verir ki, Rusiyanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda taxıl anbarlarının zədələndiyi bildirilib. Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Odessa vilayətinin cənubunda PUA-larla gecə 3 saat ərzində hücum təşkil etdiyini bildirib.
7NEWS.az








