RU
Ukrayna Rusiyaya hərbi fəaliyyətə aydınlıq gətirmək üçün 48 saat vaxt verib
01:00
992

Ukrayna Rusiyaya hərbi fəaliyyətə aydınlıq gətirmək üçün 48 saat vaxt verib

Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini tələb edib.

7NEWS.Az "Forbes”ə istinadən xəbər verir ki, rəsmi Kiyev 48 saat ərzində cavab tələb edir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında bildirib ki, Ukrayna Rusiyadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib.

Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib. "Vyana sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, - nazir əlavə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ