Ukrayna Nazirlər Kabinetinin iclası zamanı Türkiyə ilə azad ticarət zonası haqqında müqavilə layihəsi təsdiq edilib.
Bu müqavilənin ölkələr arasında ticarətin aktivləşdirilməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiya transferinə və təcrübə mübadiləsinə töhfə verəcəyi bildirilir.
Sənədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Kiyevə planlaşdırılan səfəri zamanı imzalanacağı gözlənilir.
İclasda həmçinin Türkiyə ilə daha 3 müqavilə təsdiq olunub. Buraya yüksək texnologiyalar, aviasiya və kosmos, gənclər siyasəti sahəsində əməkdaşlığa, habelə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə dair müqavilələr daxildir./report
7NEWS.Az








