Ukrayna İsrail və Türkiyə ilə azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparır.
7news.az xəbər verir ki, bu haqda məlumatı Ukraynanın Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Nataliya Mikolskaya verib.
Onun sözlərinə görə, artıq ikitərəfli görüşlərə start verilib:
“Biz İsrail və Türkiyə nümayəndə heyətləri ilə səmərəli ticarət münasibətlərinin yaradılması haqda müzakirələr aparmışıq. Adı çəkilən dövlətlərlə azad ticarət zonasının yaradılması Ukraynaya böyük fayda verəcək”.
7news.az








