Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi baş tutub.
7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.
O, qeyd edib ki, Ukrayna Rusiyanın əsir götürdüyü 10 hərbçisini 10 əsgərlə dəyişdirib.
Ukrayna hərbçiləri Rusiyanın Odessa yaxınlığında su basmış gəmidən xilas edikləri 11 mülki dənizçini də qarşı tərəfə təhvil veriblər.
Mübadilə nəticəsində həmçinin 19 ukraynalı mülki dənizçi xilasetmə gəmisindən evlərinə qayıdıblar. Xilasedici gəminin özü Ukraynaya qaytarılacaq, bundan sonra o, Türkiyə limanına göndəriləcək.
7NEWS.Az







