Rusiyanın Ukrayanda apardığı müharibənin nəticələrinin nümayiş olunduğu onlayn arxiv yaradılıb.
7NEWS.Az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Biz Rusiyanın hərbi cinayətlərini sənədləşdirmək üçün onlayn arxiv yaratdıq. Rusiya ordusunun Ukraynada törətdiyi vəhşiliklərə dair toplanmış sübutlar bu hərbi cinayətkarların ədalətdən qaça bilməyəcəyini təmin edəcək", Dmitri Kuleba bildirib.
Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı faktlar https://war.ukraine.ua/russia-war-crimes/ saytında toplanır.
7NEWS.Az








