RU
Ukrayna Xorvatiya üzərindən taxıl ixracına başlayıb
14:20
111

Ukrayna Xorvatiya üzərindən taxıl ixracına başlayıb


Taxıl Dəhlizi Sazişinə qayıtmayan Rusiya Qara dənizdəki limanlara hücumlarını gücləndirdikdən sonra Ukrayna hakimiyyəti Xorvatiyadakı limanlar vasitəsilə taxıl ixracına başlayıb.

7NEWS.az xəbər verir ki, Xorvatiya limanları vasitəsilə taxıl ixracına başladıqlarını açıqladı. Ukrayna baş nazirinin müavini Yuliya Sviridenko, "Buranın yaxşı ticarət yolu olmasına baxmayaraq, artıq kifayət qədər populyardır" dedi. Sviridenko bu fürsətə görə "minnətdar olduqlarını” bildirib. Ukraynalı rəsmi qeyd edib ki, onlar da sözügedən ticarət yolunun genişləndirilməsində maraqlıdırlar, çünki bu logistik marşrut müharibədən sonra iki ölkə arasında ticarət baxımından mühüm rol oynamağa davam edəcək. Sviridenko indiyədək Xorvatiya limanlarından nə qədər taxıl ixrac edildiyi barədə məlumat verməyib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ