Ukrayna hərbçiləri "Luç” şirkəti tərəfindən hazırlanan yeni idarəolunan raketi uğurla sınaqdan keçiriblər.
7news.Az-ın xəbərinə görə, bu barədə cümə günü, sentyabrın 23-də, öz Facebook səhifəsində Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib.
"İki il ərzində Ukrayna hərbçiləri onlarla yeni silah və texnika nümunələri alıblar. Biz Ukrayna Silahlı Qüvvələrinin təkmilləşdirilməsinin başlanğıc mərhələsindəyik”, - o yazıb.








