RU
Ukraynada Ali Radanın deputatı barəsində həbs qərarı çıxarılıb
17:30
2117

Ukraynada Ali Radanın deputatı barəsində həbs qərarı çıxarılıb

Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

"Həyat naminə - müxalif platforma” («Оппозиционная платформа — за жизнь») partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.

Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu "dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ